Dünyanın ən varlı məşhurları siyahısı məlum olub

Dünyanın aparıcı iqtisadi jurnalı olan Forbes 2024-cü ildə Amerikanın ən varlı qadınlarının siyahısını açıqlayıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, 100 qadından ibarət siyahıda biznes, əyləncə, media və müxtəlif sektorlardan adlar yer aldığı halda, Hollivudun və məşhurlar dünyasının ən zəngin qadınları da siyahıya daxil edilib.

 

1- Oprah Winfrey

3 milyard dollar sərvətə məxsusdur. Məşhur televiziya proqramçısı keçən il ən varlı məşhur kimi birinci yeri tutsa da, onun sərvəti 2,5 milyard dollar idi.

 

2- Kim Kardaşyan

1.7 milyard dollar sərvətin sahibidir.

Ötən il onun sərvəti  1,2 milyard dollar olub və siyahıda üçüncü yeri tutub.

 

3- Rihanna

Sərvəti 1,4 milyard dollardır. Ötən ildən var-dövlətini qoruyub saxlayan müğənni 2-ci yerdən 3-cü yerə düşüb.

 

4- Taylor Swift

Sərvəti 1,3 milyard dollardir. Ötən il dördüncü yeri tutan müğənninin sərvəti 740 milyon dollar təşkil olunub.

5- Madonna

Sərvəti 850 milyon dollar təşkil edir. 580 milyon dollar sərvəti ilə pop musiqinin kraliçası keçən il 6-cı sırada olub.

6- Beyonce

Sərvəti 760 milyon dollardır. Ötən il 540 milyon dollar sərvətlə Beyons 7-ci sıralarda idi.

7- Kylie Jenner

Sərvəti 710 milyon dollardır. Realiti-şou ulduzu və kosmetika sahəsində sahibkar Kylie Jenner keçən il 680 milyon dollara sahib idi.

 

8- Judy Sheindlin

Sərvət: 560 milyon dollardır. Ötən il 8-ci yeri tutan məşhur teleproqramçının sərvəti 480 milyon dollar olub.

9- Celine Dion

550 milyon dollar sərvətin sahibidir. Kanadalı müğənni ötən il 480 milyon dollarla 8-ci yerdə olub.

10- Barbra Streisand

Sərvəti 460 milyon dollar təşkil edir.  Aktrisa və müğənni ötən il 430 milyon dollar sərvəti 12-ci sıralarda olub.

 

 

 

Şəbnəm

Gununsesi.info