Ov silahı ilə ehtiyatsız davranan şəxs xəsarət alıb

Ötən gün 39 yaşlı kişi ov silahı ilə ehtiyatsız davranaraq xəsarət alıb.

 

Gununsesi.info-nun əldə etdiyi məlumata görə, hadisə Şamaxının Nağaraxana kəndində qeydə alınıb.

 

Belə ki, hadisə 1985-ci il təvəllüdlü Səyahət Əsgərovun evdə silahdan ehtiyatsız davranması zamanı baş verib.

 

Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda araşdırma aparılır.

 

Qeyd edək ki, S. Əsgərov rayonun Dəmirçi kəndinin icra nümayəndəsidir.

Gununsesi.info