Dünyanın ən kiçik şahmat taxtası hazırlandı(FOTO)

Dünyanın ən kiçik şahmat taxtası hazırlandı

Türkiyənin Aydın şəhərinin Quş Adası qəsəbəsində yaşayan mikro miniatür sənətçisi Necati Qorxmaz dünyanın ən kiçik şahmat taxtasını hazırlayıb.
Gununsesi.org xəbər verir ki, 9 millimetr olan mikro əsərin hazırlanmasına 5 ay vaxt sərf etdiyini deyən müəllif bunun normal ölçülərdəki şahmat taxtasıyla eyni xüsusiyyətləri daşıdığını və tanınması üçün Ginnesin Rekordlar Kitabına müraciət edəcəyini bildirib.
Detallı şəkildə sadəcə mikroskop altında görülə bilən şahmat taxtasını eyni zamanda xüsusi çubuqlarla oynamaq da mümkündür.
 

Gununsesi.org

COMMENTS