Əli Əsədovun qaydalara dəyişikliyi çaşqınlıq yaradıb – Baş Nazir Milli Məclisin səlahiyyətlərini…

Əli Əsədovun qaydalara dəyişikliyi çaşqınlıq yaradıb – Baş Nazir Milli Məclisin səlahiyyətlərini…

Baş nazir Əli Əsədovun xüsusi karantim rejimi ilə yeni qərarı ictimaiyyətdə çaşqınlığa səbəb olub. Söhbət “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə Qaydaları”nda edilən dəyişiklikdən gedir. 

Gununsesi.org xəbər verir Əli Əsədovun imzaladığı qərarla karantin rejimini pozan şəxslər İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqlar. Bəzi ictimaiyyət nümayəndələri bunu Əli Əsədovun həmin məcəllələrə dəyişikliyi kimi başa düşüb və Baş naziri Milli Məclisin səlahiyyətlərini mənimsəməkdə ittiham edib.

Əslində isə Əli Əsədov parlamentin kompitesiyasında olan bu məsələ barədə qərar imzalamayıb. Baş nazir sadəcə özünün bundan əvvəlki qərarına dəyişiklik edib. Bundan əvvəl karantin rejimini pozan şəxslər İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırdılar. Əli Əsədov bura Cinayət Məcəlləsini də əlavə edib.

Məlumat üçün deyək ki, bir neçə ay əvvəl Cinayət Məcəlləsinə yeni maddə əlavə edilib. Yeni əlavə edilmiş 139-1-ci maddədə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulmasına görə, cinayət məsuliyyəti müəyyən edilib.

Bu əməl xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda 2 500 manatdan 5 000 manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

İnzibati Xətalar Məcəlləsinə gəlincə, 211-ci maddəyə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə,

fiziki şəxslər 100 manatdan 200 yüz manatadək,

vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək,

yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 1 ayadək müddətə inzibati həbs tətbiq olunur.

Bu əmələ görə, hüquqi şəxslər 2 000 manatdan 5 000 manatadək məbləğdə cərimə edilir.

Maddədə nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Daxili İşlər Nazirliyi baxır. İnzibati həbslə və hüquqi şəxslərin cərimələnməsi ilə bağlı protokollar isə baxılması üçün rayon (şəhər) məhkəmələrinə göndərilir.

 

Gununsesi.org

COMMENTS