“Bu il dövlət büdcəsinin gəlirləri 17 faiz artıb” – STATİSTİKA

“Bu il dövlət büdcəsinin gəlirləri 17 faiz artıb” – STATİSTİKA

Bu ilin yanvar-may aylarında Azərbaycan dövlət büdcəsinin gəlirləri 10 milyard 527,5 milyon manat təşkil edib.

Gununsesi.org  Dövlət Statistika Komitəsinə stinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə dövlət büdcəsinin gəlirləri 17 faiz artıb.

Qeyd olunan müddət ərzində dövlət büdcəsinin xərcləri 9 milyard 392,2 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz azdır.

Beləliklə, bu ilin 5 ayı ərzində dövlət büdcəsinin 1 milyard 135,3 milyon manat profisiti yaranıb.

Gununsesi.org

COMMENTS