Estoniya Xarici İşlər Nazirliyi (XİN) Rusiyaya nota verib.
Gununsesi.org xəbər verir ki, bu barədə Rusiyanın Estoniyadakı səfirliyinin “Twitter” hesabında məlumat verilib.
“İyunun 10-da səfir A. Petrov Estoniya Xarici İşlər Nazirliyinə dəvət olundu. Ona həmin gün səhər Rusiya təyyarəsi tərəfindən ölkənin hava sərhədinin pozulması barədə məlumat verildi və bununla bağlı səfirə nota təqdim edildi”, – deyə qeyd olunub.
Gununsesi.org
COMMENTS