Nazir müavinləri Ceyranbatandakı yanğın yerinə gediblər

Nazir müavinləri Ceyranbatandakı yanğın yerinə gediblər

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kos yanması barədə məlumat daxil olub.

Gununsesi.org xəbər verir ki, bu barədə “Report”a FHN-dən məlumat verilib.

Bildirilib ki, anğının söndürülməsi üçün dərha əraziyə Nazirliyin müvafiq qüvvələri, o cümlədən Aviasiya dəstəsinin iki ədəd helikopteri cəlb olunub.

Hazırda nazir müavinləri general-leytenant Etibar Mirzəyev və Tapdıq Əmiraslanov, habelə nazirliyin digər aidiyyəti vəzifəli şəxsləri ərazidədirlər.

Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

 

 

Gununsesi.org

COMMENTS