Azərbaycan FİFA reytinqində neçəncidir?

Azərbaycan FİFA reytinqində neçəncidir?

Milli komandaların FİFA reytinqi açıqlanıb.

Gununsesi.org “Qafqazinfo”-ya istinadla xəbər verir ki, yenilənən siyahıda heç bir dəyişiklik olmayıb.

Koronavirus pandemiyası səbəbindən oyunlar keçirilmədiyi üçün komandalar əvvəlki yerində qalıblar. Azərbaycan millisi aktivində 1177 xalla 114-cü sıradadır.

Qeyd edək ki, cədvəlin ilk üç pilləsində Belçika (1765), Fransa (1733) və Braziliya (1712) yığmaları yer alıb. Türkiyə millisi isə 1494 xalla 29-cudur.

 

 

Gununsesi.org

COMMENTS