Makron Zelenski ilə görüşəcək

  • By ilhame
  • 04 İyun 2024 22:13

Fransa Prezidenti Emmanuel Makron Yelisey Sarayında ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşəcək.

 

Gununsesi.info xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

 

Agentliyin məlumatına görə, görüş zamanı cəbhə xəttindəki vəziyyət, eləcə də Ukraynanın ehtiyacları müzakirə olunacaq.

 

Görüş müttəfiqlərin Normandiya əməliyyatının 80-ci ildönümünə təsadüf edəcək.

 

Zelenski Fransa parlamentarilərinin qarşısında da çıxış edəcək.

Gununsesi.info