Gürcüstan LGBT təbliğatını qadağan etmək istəyir

 Ölkənin hakim Gürcü Arzusu  Demokratik Gürcüstan partiyası LGBT* təbliğatını və cinsiyyətin dəyişdirilməsini qadağan edən qanun layihələri paketini parlamentə təqdim edir.

Gununsesi.info xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib.

Papuaşvilinin sözlərinə görə, paket bir əsas qanun layihəsindən, həmçinin 18 əlaqəli qanun layihəsindən ibarətdir.

Onların arasında eynicinsli nikahların qeydə alınmasına qadağa, yetkinlik yaşına çatmayanların eyni cinsli cütlüklər tərəfindən övladlığa götürülməsinə qadağa, cinsiyyətin dəyişdirilməsi əməliyyatı, həmçinin LGBT* və insest təbliğatı daxildir:

“Bu gün parlament çoxluğu bir əsas “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanun layihəsindən və müxtəlif qanunlara dəyişiklik edən 18 sonrakı qanun layihəsindən ibarət “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanun layihələri paketinin təşəbbüskarıdır”.

Qeyd edək ki, bundan əvvəl Gürcüstan parlamenti “Xarici agentlər haqqında” qanunu qəbul edib.

 

 

Gununsesi.info