Övladı xaricdə oxuyan valideyn AZAL rəhbərini yalan danışmaqda günahlandırdı

  • By admin
  • 25 Oktyabr 2023 10:47
Tanınmış iqtisadçı Natiq Cəfərli AZAL-ın birinci vitse-prezidenti, quruma rəhbərlik edən Samir Rzayevin dəvəti üzrə görüş keçirib.
Hər halda bu xəbəri ölkə mediasının aparıcı xəbər portallarında biri yazır.
Ölkədən xaricdə oxuyan tələbələrə güzəşt edildiyindən çox danışıb Samir Rzayev. Mən isə heç bir güzəşt olmadığını deyirəm. Cəmiyyəti boş danışıqlarla aldatmaq nəyə lazımdır ki…
28 sentyabra 290 manata və 10 kq baqajla birlikdə 3ay öncədən tələbə üçün bilet almışam Bakı – Ankara reysinə.Hava alanlnda baqaj 1,8 kq artlq olduğundan 70 manat aldılar. Nə tələbə…
Cox gülməli həm də ağlamalı məsələdir. Orda calışanların birində insani hisslərin olmağını görmədim.
1.8 kq çəkini tələbəyə güzəşt etməyən, hətta əlində belə keçirməyə imkan verməyən bu sistemin əməkdaşları hansı güzəştdən danışdıqlarını özləri bilirmi?
Şəfayət Avılbəyli