
Uzun sürən xəstəlikdən sonra dünən vəfat edən tanınmış aparıcı Natəvan Babayeva Salyanda dəfn olunacaq.
Gununsesi.info-ya bu barədə onun yaxınları bildirib.
Natəvan Babayeva uzun müddət idi onkoloji xəstəlikdən əziyyət çəkirdi. Onun bir neçə gün öncə müalicə üçün Türkiyəyə getmək istəyərkən hava limanında halı pisləşmiş, bu səbəbdən xəstəxanaya yerləşdirilmişdi.
Xatırladaq ki, Natəvan Babayeva AzTV-dən öncə uzun illər ANS televiziyasının aparıcısı olub.
Son illər onun müalicəsini “Palmali Group”un sahibi Mübariz Mənsimov həyata keçiridi.
Gununsesi.info