Moskvada güclü partlayış: 4 ölü, 9 yaralı

Rusiyanın paytaxtı Moskva şəhərində güclü partlayış baş verib.

Gununsesi.info TASS agentliyinə istinadən xəbər verir ki, partlayış “Vremena Qoda” ticarət mərkəzində qeydə alınıb.

Qaynar su borunun partlaması nəticəsində 4 nəfər ölüb. Ölənlərin meyitləri ticarət mərkəzinin içərisində tapılıb.

Hadisə nəticəsində 9 nəfərin müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilir.

Gununsesi.info