Həbsdə səhhəti pisləşən jurnalist Müalicə Müəssisəsinə köçürülmür

  • By admin
  • 10 İyul 2023 08:40

3 ilə yaxındır ki, həbsdə olan jurnalist Azər İsrafilovun sağlamlığında ciddi problemlər yaranıb.

Bu barədə Gununsesi.info-ya jurnalistin ailəsindən bildirilib.

HTML tutorial

Məlumata görə, qaraciyər serrozundan əziyyət çəkən Azər İsrafilov  Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsi üçün müraciət etsə də  buna məhəl qoyulmayıb.

“Azərin müraciətləri qulaqardına vurulur.  Zamanında ciddi müalicə olunmasa, qaraciyəri dəyişdirilməlidir ki, buna da heç zaman imkanımız çatası deyil” deyə jurnalistin ailəsi bildirib.

Qeyd edək ki, Azər İsrafilov 7 saylı cəzaçəkmə müəssisəsində saxlanılır.

Azər İsrafilov ANS və İctimai Televiziyada çalışıb.

 

Elmar 

Gununsesi.info