“ABŞ Senatının üzvləri, ehtimal ki, yanvarın 21-də Prezident Donald Trampa qarşı impiçmentlə bağlı məhkəmə iclasına başlaya biləcəklər”.
Gununsesi.org “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə Senatın spikeri Mitç Makkonnell məlumat verib.
“Nümayəndələr Palatası, ehtimal ki, nəhayət çərşənbə günü bizə impiçmentlə bağlı işi təhvil verəcək”, -deyə Makkonnell jurnalistlərə açıqlamasında bildirib.
Makkonnellin sözlərinə görə, bu, senatorların dinləmələrə hazırlıqlarına başlamağa imkan verəcək, bundan sonra növbəti çərşənbə axşamı işə baxılmasına başlamaq mümkün olacaq.
Xatırladaq ki, KİV-də Zelenski ilə Trampın danışıqları zamanı ABŞ-da prezident seçkilərinin gedişinə müdaxilə etməyi nəzərdə tutan təlimat olduğu iddia edilmişdi. Trampın rəqibi Co Baydenin oğlu Hanter Bayden əleyhinə araşdırmalar aparılmasını tələb etdiyi bildirilirdi. Bu səbəbdən də Nümayəndələr Palatası 24 sentyabrda ABŞ Prezidentinə qarşı impiçment elan etmişdi.
Ötən gün ABŞ Konqresinin Nümayəndələr Palatası Prezident Donald Trampın impiçmenti üzrə iki maddəyə (“Səlahiyyətləri aşma” və “Konqresin işinə mane olma”) səs verib. Bununla da Tramp ABŞ tarixində barəsində impiçment (yüksək vəzifəli şəxsi məsuliyyətə cəlbetməyin yolu) elan edilən üçüncü prezident olub.
COMMENTS