Birləşmiş Ştatların neft ehtiyatları artır

Birləşmiş Ştatların neft ehtiyatları artır

Keçən həftə ABŞ-ın xam neft ehtiyatları çoxalıb.

Gununsesi.org AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə əsasən özəl sektorun maliyyələşdirdiyi Amerika Neft İnstitutu (API) məlumat yayıb. Bildirilir ki, ötən həftə ölkədəki xam neft ehtiyatları əvvəlki həftə ilə müqayisədə 1,1 milyon barrel artıb. Bazar proqnozları isə ehtiyatların geriləyəcəyi istiqamətində idi. Əvvəlki həftə isə ehtiyatlar azalmışdı.

Ölkədəki ehtiyatlarla bağlı rəsmi rəqəmlər ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən açıqlanacaq.

 

Gununsesi.org

 

COMMENTS