
Türkiyənin İsveçdəki səfirliyinin qarşısında Qurani-Kərimin yandırılması iki ölkə arasında ciddi gərginliyə səbəb olub.
İsveçin Ankaradakı səfiri XİN-nə çağırılaraq, bu aksiyaya icazə verilməsinə etirazını ifadə edib.
Qeyd edək ki, bir sıra ekspertlər İsveçin NATO-ya daxil olmaq istəyi ərəfəsində belə olayın baş verməsində təxribat izi axtarıb.
Gununsesi.info-nun xarici mediaya istinadən verdiyi xəbərə görə, Stokholmda Quran-ın yandırılması kimi bədnam aksiyaya jurnalist və “Russia Today” kanalının keçmiş stringeri Çanq Frik kömək edib.
Bəs görəsən, Ərdoğan hökuməti bu təxribata görə, Putin hakimiyyətinə etirazinı bildirəcəkmi?
Afət
Gununsesi.info