Şəhid kapitanın medalları ailəsinə verildi – FOTOLAR

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan kapitan Elməddin Meydanovun medalları və vəsiqələri onun ailə üzvlərinə təqdim edilib.

Gununsesi.info xəbər verir ki, təqdimat mərasimində Naxçıvan Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-leytenant Niyaməddin Tağıyev 44 günlük Vətən müharibəsində sərhədçilərimizin qəhrəmanlıq nümayiş etdirdiyindən danışıb. Qeyd olunub ki, bu gün dövlət sərhədlərimizin bütövlüyünün bərpa edilməsində və işğaldan azad olunan ərazilərimizdə üçrəngli Dövlət bayrağımızın ucaldılmasında kapitan Elməddin Meydanovun da böyük xidmətləri var. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə xidməti vəzifələrini və qarşıya qoyulan tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə kapitan Elməddin Meydanov “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və  “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Şəhidin atası Bahəddin Hətəmov şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib, bu il Şərur şəhərindəki yaşayış binasından mənzillə təmin olunmalarını bu qayğının bariz nümunəsi kimi qiymətləndirib.

Gununsesi.info