
Kosovo Mərkəzi Bankı ölkədə nağd ödəniş əməliyyatlarında istifadə edilə bilən yeganə valyutanın avro olduğunu bildirən qaydanı təsdiqləyib.
Gununsesi.info xəbər verir ki, Kosovo rəsmi olaraq fevralın 1-dən avroya keçəcək.
Fevralın 1-dən qüvvəyə minəcək qaydaya əsasən, Kosovoda nağd ödəniş əməliyyatlarında və ödəniş sistemində istifadə edilməsinə icazə verilən yeganə valyuta avro olacaq.
Avrodan başqa valyutalar yalnız fiziki formada və ya bank hesablarında saxlanıla bilər və beynəlxalq ödənişlər və valyuta əməliyyatları üçün istifadə edilə bilər.
Kosovo Mərkəzi Bankı avro əskinaslarının, sikkələrin və digər valyutaların kollektiv şəkildə ölkəyə daxil olması və ölkədən çıxarılması üçün müstəsna hüquqa malik olacaq.
Kosovonun serblərin çoxluq təşkil etdiyi bütün yaşayış məntəqələrində ödəniş üçün serb dinarlarından istifadə edilir və ölkədəki serb müəssisələrində çalışanların maaşları, pensiyaları, sosial müavinətləri və uşaq müavinətləri də dinarla ödənilir.
Əsasnamənin qüvvəyə minməsi ilə ölkədə serb dinarının istifadəsinə son qoyulacağı bildirilir.
Gununsesi.info