ABŞ bazasını hədəf alan bomba yüklü PUA vuruldu

İraqın Ərbil şəhərindəki beynəlxalq hava limanı yaxınlığında yerləşən ABŞ-ın rəhbərlik etdiyi İŞİD əleyhinə koalisiya bazasını hədəf alan bomba yüklü pilotsuz uçuş aparatının (PUA) vurulduğu bildirilib.

Gununsesi.info bildirir ki, yerli mətbuatın təhlükəsizlik mənbələrinə istinadən verdiyi məlumata görə, Ərbil Beynəlxalq Hava Limanı yaxınlığında koalisiya bazasını hədəf alan bomba yüklü PUA-nın vurulduğu qeyd edilib.

Hələlik İraq Kürd Regional Rəhbərliyindən (KRQ) məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.

KRQ Təhlükəsizlik Şurasının açıqlamasında, İran İnqilab Keşikçiləri Ordusunun (SEPAH) 15 yanvar saat 23.30 radələrində Ərbildə bir çox mülki yaşayış məntəqəsinə çoxlu ballistik raketlərlə həyata keçirdiyi hücumlarda 4 mülki şəxsin həlak olduğu, 6 nəfərin isə yaralandığı bildirilib.

Gununsesi.info