Rusiya ilə yunan Kipri arasında böhran: Bəzi rəsmilərə giriş qadağan edildi

Rusiya Xarici İşlər Nazirliyi Cənubi Kipr Rum Administrasiyasının bəzi rəsmilərinə ölkəyə giriş qadağası qoyulduğunu və Kipr Rum Administrasiyasının Moskvadakı səfirinin nazirliyə çağırıldığını bildirib.

Gununsesi.info-nun xəbərinə görə, nazirliyin yaydığı yazılı açıqlamada Rusiyanın Lefkoşadakı səfirliyində rusiyalı jurnalist və onun əməkdaşına qarşı “təxribat xarakterli” hərəkətlərin edildiyi bildirilib.

Açıqlamada bunun qəbuledilməz olduğu və Cənubi Kipr Rum Administrasiyasının Moskvadakı səfirinin nazirliyə çağırıldığı vurğulanıb.

“Səfirə cavab olaraq görülən tədbirlər barədə məlumat verilib. Bu təxribatçı insidentdə iştirak edən Kipr səlahiyyətlilərinin Rusiyaya girişi qadağan edilib”, – deyə açıqlamada bildirilib.

Rusiyanın “Rossiyskaya qazeta” qəzetinin əməkdaşı Aleksandr Qasyuk 2023-cü il oktyabrın 5-də Lefkoşada saxlanılıb.

Gununsesi.info