
İsrail 22 min 835 fələstinlinin həyatını itirdiyi Qəzza zolağına 2024-cü ildə il boyu hücumlarını davam etdirəcəyini açıqlayıb.
Gununsesi.info xəbər verir ki, İsrail ordusunun baş qərargah rəisi Herzi Halevi işğal altındakı İordan çayının qərb sahilinə səfəri zamanı ölkəsinin Qəzzaya hücumlarından danışıb.
Halevi 2024-cü ilin “çətinlikli” olacağını bildirib. “Qəzzada müharibəyə davam edəcəyik. Bütün il Qəzzada döyüşəcəyik, bu, qətidir””, – deyə o əlavə edib.
Halevi deyib ki, İsrailin şimalındakı köçkünlərin geri qaytarılmasına cavabdeh olan ordu bu vəzifəni “Hizbullaha təzyiq edərək” yerinə yetirəcək, əks halda, “yeni bir müharibəyə səbəb olacaq”.
Dünən verdiyi açıqlamada İsrail Ordusunun sözçüsü Daniel Haqari Qəzza zolağının şimalında “Həmasın hərbi strukturunun tamamilə ləğv edildiyini” iddia edərək, ordunun HƏMAS-ın mərkəzi və cənubunda “dağıdılmasına” diqqət yetirdiyini bildirib.
Qəzza hökumətinin mətbuat xidmətinin açıaqlamasında İsrailin oktyabrın 7-dən bu yana davam edən hücumları səbəbiylə səhiyyə sektorunun düşdüyü “fəlakətli vəziyyət” haqqında məlumat verilib.
Açıqlamada Qəzza zolağında 30 xəstəxananın xidmətdən çıxdığı, 7 oktyabrdan bəri İsrailin hücumları nəticəsində 58 mindən çox insanın yaralandığı bildirilib.
Açıqlamada 6 min yaralının vəziyyətinin kritik olduğuna diqqət çəkilib.
Hər gün yalnız 10-20 yaralının daşınmasına icazə verildiyi və bunun sayı günü-gündən artan yaralı fələstinlilərin üzləşdiyi çətinlikləri artırdığı bildirilib.
Beynəlxalq ictimaiyyət və ABŞ-dan İsrail qüvvələrinin müdafiəsiz Fələstin xalqına qarşı apardığı “soyqırım müharibəsi”ni dayandırmaq üçün bu ölkəyə təzyiq göstərməyə çağırılıb.
Gununsesi.info