
NATO-nun Soyuq Müharibədən sonra ən böyük hərbi təlimi olan “Sarsılmaz Müdafiəçi 2024”ün gələn həftə başlayacağı açıqlanıb.
Gununsesi.info-nun xəbərinə görə, NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Baş Komandanı (SACEUR) general Kristofer Kavoli Brüsseldə başlayan NATO Baş Qərargah rəisləri toplantısından sonra mətbuata açıqlama verib.
General Kavoli bildirib ki, 31 NATO üzvü və namizəd ölkə İsveçdən təxminən 90 min əsgərin qatılacağı təlim mayın sonuna qədər davam edəcək.
“Alyans Şimali Amerikadan Atlantik okeanı boyunca qüvvələr yeritməklə Avro-Atlantik məkanı möhkəmləndirmək qabiliyyətini nümayiş etdirəcək”, – Kavoli bildirib
NATO-nun Soyuq Müharibədən sonrakı ən böyük təliminin Almaniya, Polşa və Baltikyanı ölkələrdə keçirilməsi və Rusiya ilə mümkün müharibə ssenarilərinin də yer alacağı gözlənilir.
Gununsesi.info