
Ev heyvanlarının yalnızlığına çarə tapılıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, elm adamları tutuquşularına telefonla zəng etmək bacarığını öyrədiblər. Alimlər digər quşlarla görüntülü danışıq etməsi təmin edilən tutuquşularının özlərini daha yaxşı hiss etdiklərini söyləyirlər.
Çoxluq etibarı ilə sürü halında yaşayan bu quşlar ev heyvanı edildikdə, yə tənhalaşır, ya da bir neçə dostla kifayətlənməli olur.
Bu yalnızlaşma onlarda can sıxıntısı səbəbi ilə silkələnmə, irəli-geri yerimə və tük yolma kimi davranışlara səbəb olur.
Bunun qarşısını almaq üçün Şotlandiya və Amerikadan olan elm adamları 18 tutuquşuna fərqli davranışlar öyrədiblər.
Bunlar arasında ekrandakı başqa bir quşun fotosuna toxunmaq, ona necə zəng edəcəyini və gələn zəngləri necə cavablayacaqlarını öyrədiblər.
Bəlli olub ki, görüntülü zəngləşmək quşların özlərini yaxşı hiss etməsinə səbəb olur, onlar bundan xoşlanırlar.
Tərcümə: Arzu Sayadoğlu