COP29 iqlim dəyişmələri ilə mübarizədə mühüm qlobal hadisələrdən biridir - Macarıstan səfiri

COP29 iqlim dəyişmələri ilə mübarizədə mühüm qlobal hadisələrdən biridir.

Gununsesi.info -nun verdiyi xəbərə görə , bu barədə Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun, Belçikanın ölkəmizdəki səfirliyinin və Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin təşkilatçılığı ilə Avropa və Cənubi Qafqaz perspektivindən iqlim fəaliyyətləri üçün imkanlar və çətinliklər mövzusunda keçirilən seminarda deyib.

“Noyabr ayında Azərbaycanda iqlim dəyişmələri ilə mübarizədə ən mühüm qlobal hadisələrdən biri olan COP29 konfransı keçiriləcək”, – deyə səfir qeyd edib.

Onun sözlərinə görə, Macarıstan və Azərbaycan arasında münasibətlər beynəlxalq hörmət və anlayışa əsaslanan qarşılıqlı əlaqələrlə səciyyələnir. Səfir, həmçinin Macarıstanla əlaqələrin Avropa və Azərbaycan arasında gələcək və yaxın əməkdaşlığın əsasını təşkil etdiyini söyləyib.

Gununsesi.info