Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən jurnalistlər binasına 1 iyun 2024-cü il tarixdən “Jurnalist EVİ” MMC tərəfindən göstərilən bütün xidmətlər dayandırılır.Buna səbəb kimi, yığımın olmaması və kütləvi borcun yaranması əsas göstərilib. Gununsesi.info -nun verdiyi xəbərə görə, binanın komendantı Orxan Mehdiyev bildirib ki, binada yaşayan bir sıra sakinlər müntəzəm olaraq göstərilən xidmətlərlə tələb olunan borcları ödəmir:“Dayandırılacaq xidmətlər lift, xadimə və mühafizədir. Pul yığmağı da dayandıracağıq. Xidmətin dayanıdırlması yığılan borclarla bağlıdır. Dəfələrlə bina sakinlərinə müraciət etsək də, heç bir ödəniş edilmir. Ödəyənlər isə standart, eyni insanlardır”.