Qırğızıstanda “Xarici Agentlər Haqqında” qanun qəbul edildi

Qırğızıstan prezidenti Sadır Japarov “Xarici Agentlər Haqqında” qanun imzalayıb. 

 

Gununsesi.info xəbər verir ki, bu barədə prezident “Facebook” sosial şəbəkə hesabında məlumat verib.

Qanunvericiliyə uyğun olaraq QHT-lər Ədliyyə Nazirliyində qeydiyyatdan keçməli və açıq fəaliyyət göstərməli olacaqlar.

 

O, bildirib ki, qanun bu sahədə yaranmış qarışıqlıqların aradan aparılmasına kömək edəcək.

 

Həmçinin QHT nümayəndələrinin şəxsi ehtiyacları üçün xərclədiyi xarici donorların pulları da təmin ediləcək.

 

“Dövlət başçısı kimi mən zəmanət verirəm ki, heç bir təqib olmayacaq. Biz nüvə ölkəsi deyilik. Biz hələ kosmosa uçmaq fikrində deyilik. Dövlətimizin sizdən və donorlarınızdan gizlədilməli heç bir sirri yoxdur. Biz bütün məlumatları açıq mənbələrdə tapa bilərik” – deyə Sadır Japarov vurğulayıb.

 

 

 

Şəbnəm

Gununsesi.info