Teymur Rəcəbov onlayn turnirdə məğlub oldu

Teymur Rəcəbov onlayn turnirdə məğlub oldu

Azərbaycan şahmatçısı Teymur Rəcəbov ispaniyalı Pepe Kuensanın dəvəti ilə qatıldığı onlayn turnirdə məğlub olub.

Gununsesi.org-un məlumatına görə, 33 yaşlı qrossmeyster 1/4 final mərhələsində İspaniya şahmatının parlayan ulduzu David Antonla üz-üzə gəlib. Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb – 3:2.

Şahmatçılar hər gedişə 2 saniyə əlavə edilməklə 3 dəqiqəlik qarşılaşmalar keçiriblər. İlk 4 partiya heç-heçə yekunlaşıb. Beşinci dueldə isə Anton Rəcəbovu məyus edib.

Qeyd edək ki, bu gün start götürən və olimpiya sistemi ilə keçirilən turnir 1/4 final mərhələsindən başlayıb.

 

 

 

Gununsesi.org

COMMENTS