“Cəmiyyətimizi işıqlandırmağa, nurlandırmağa gəlmişik” – XXH Başqanı Arzu Sayadoğlu

  • By arzu
  • 21 Aprel 2023 16:30

Bu ilin yanvarında rəsmən başlamasını elan edən Xalqa Xidmət Hərəkatı (XXH) ölkə siyasətində güclənməyə davam edir.

Gununsesi.info xəbər verir ki, çoxsaylı toplantılar keçirən siyasi hərəkat ölkədəki gündəm olaylara və xəbərlərə reaksiyasını ortaya qoyur.

HTML tutorial

Hərəkatdakı yeniliklərlə bağlı açıqlama verən Başqa Arzu Sayadoğlu hazırda bölgələrdə təşkilatlanma işini davam etdirdiklərini söyləyib.

“Hazırda İmişli, Bakının bəzi rayonlarında, eləcə də rayonlarımızdakı kəndlərdə təşkilatlanmağa davam edirik. Bütün ölkəyə yayılan bir hərəkat, rayonlarımızın bütün kəndlərində olan bir qurum olmaq istəyirik. İdarə Heyətimiz, fədakar üzvlərimiz və xalqımızı sevən İŞIQ-çılarla bu müqəddəs yola davam edirik”.

Hazırda təşkilat olaraq Azərbaycan xalqı üçün yeni bir internet televiziya qurmaqla bağlı işlərin aparıldığını bildirən A. Sayadoğlu bununla bağlı son işlərin tamamlandığını, bir çox texniki-təcrübi problemlərin həll olunuması ilə heyətin formalaşacağını dilə gətirib.

 

Sayadoğlu dünya ilə yarışan bir Azərbaycan inşa etmək istədiklərini bildirərək daha sonra bunları əlavə edib:

“Gözəl bir həyat üçün Xalqa Xidmət Hərəkatı var. Millətimizə ümid körpüsü olmaq istəyirik. Kimsədən çəkinmədən ölkəmizin problemlərini deyirik və xalqımızın problemlərinə sahiblənirik. Onların çözümünü tələb edirik”.

Xalqa Xidmət Hərəkatı Başqanı vurğulayıb ki, bu təşkilatın varlığı millət üçün siyasətdə qırmızı cizgi olacaq.

“Əqidədaşlarımızla məqsədimiz tam olaraq xalqa xidmət etməkdir”, – deyə XXH başqanı vurğulayıb.

Gununsesi.info