13 yaşlı velosipedçini avtomobil vurub

Xaçmaz rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, 2011-ci il təvəllüdlü Ramil Etibar oğlu Feyzullayev idarə etdiyi velosipedlə hərəkətdə olarkən avtomobillə toqquşub.

Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info