Sumqayıtda 56 yaşlı kişinin asılmış meyiti aşkarlanıb

Sumqayıtda 56 yaşlı kişi özünü yaşadığı binanın qarşısında ağacdan asaraq intihar edib.

Gununsesi.info xəbər verir ki, hadisə 18-ci mikrorayonda qeydə alınıb.

1968-ci il təvəllüdlü Füzuli Pənah oğlu Mikayılovun meyitini ailəsi səhər saatlarında aşkar edib.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info