
Hüquq-mühafizə orqanlarının əməkdaşları Cəlilabad rayon İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirir.
Gununsesi.info Sabah.az-a istinadən xəbər verir ki, əməliyyat zamanı saxlanılanlar var. Polislər binaya daxil olub.
Qeyd edək ki, Cəlilabad rayonunun icra başçısı 2018-ci ilin fevralın 6-dan Namiq Zeynalovdur.
Unikal.org-un məlumata görə, RİH-nin başçısı Namiq Zeynalov rüşvət alarkən həbs edilib.