
“Əsl dostluq isə özünü çətin anlarda büruzə verir. Bizim üçün də müharibə, eyni zamanda, onu göstərdi ki, Azərbaycanın dostları kimlərdir, hansı ölkələrdir”.
Bunu dövlət başçısı İlham Əliyev İtaliya Deputatlar Palatasının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
“Biz dostluğu qiymətləndirə bilən xalqıq. Və Sizin Azərbaycana səfəriniz bir daha onu göstərir ki, İtaliya doğrudan da Azərbaycanın əsl dostudur”, – deyə Prezident əlavə edib.
Dövlət başçısı həmçinin söyləyib ki, İtaliya ilə Azərbaycanın ticarət dövriyyəsi 6 milyard dollara yüksəlib.