Ərəb lider Parisə gedir: Fransa və Misir Türkiyəyə qarşı ittifaqı gücləndirir

  • By arzu
  • 07 Dekabr 2020 16:02

Misir prezidenti Əbdül Fəth əs-Sisi Fransaya üç günlük səfər edib. 

Gununsesi.org xəbər verir ki, Misir lideri Qahirə ilə Paris arasındakı strateji tərəfdaşlığı möhkəmləndirmək üçün bu gün Elysee Sarayında fransız həmkarı Emmanuel Makron ilə görüşəcək .

“Middle East Eye” xəbər agentliyi qeyd edib ki, Makron və Sisi Türkiyənin Orta Şərqdə və Şimali Afrikada artan nüfuzuna qarşı çıxırlar. Bununla yanaşı sayt bildirir ki, Makronun İslamı “böhran içində olan din” kimi xarakterizə etməsindən və ölkədə “İslam separatizmi” adı altında təbliğ edilən qanunların qüvvəyə minməsindən sonra Fransa-Türkiyə münasibətlərinin daha da pisləşdiyi bildirilib.

Digər tərəfdən, Fransa himayəsi altında Orta Şərqdə tarixən Türkiyə ilə münasibətləri çətin olan ölkələrin ittifaqının qurulduğu qeyd edilir. Bu koalisiyaya Qərbi Avropanın ən böyük ölkəsindən əlavə Yunanıstan, Kipr, Ermənistan, Misir, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri daxildir. İsrailin də bu ittifaqa cəlb olunacağı söylənilir.

Gununsesi.org