“Artsaxbank” çalışır və Xankəndində ermənilər rus hərbçilərinin nəzarətində həyatlarını sürürlər … – FOTO

  • By arzu
  • 04 Dekabr 2020 11:34
“Rusiya hərbçiləri küçələrdə patrulluq edir, ermənilər dumanlı-çiskinli şəhərdə gündəlik həyatlarını sürür, “Artsaxbank”ın işıqları yanır…”
Sosial şəbəkələrdə Azərbaycan xanlarının qədim oylağı olmuş, indi isə müstəqil(!) Azərbaycan Respublikasının tarixi-hüquqi şəhəri sayılan  Xankəndinin axşamını əks etdirən son görüntüləri yayılıb.
Gununsesi.org Moderator.az-a istinadən bildirir ki, görüntülərdən aydın olur ki, hazırda şəhərdə vəziyyət həm iqlim sarıdan, həm də ictimai-siyasi baxlmdan bizlər üçün dumanlıdır.
Rusiya hərbçilərinin bayraqlı avtomobilləri küçələrdə patrulluq edir, onların himayəsi ilə Xankəndinə qayıtmış ermənilər gündəlik həyatlarını yaşayır,   Azərbaycan Mərkəzi Bankının  nəzarətindən tamamilə kənar olan qanunsuz “Artsaxbank”ın işıqları yanır…

Gununsesi.org