İndoneziyada skandal: Nazir içində milyardlar olan çamadanlarla təslim oldu

  • By arzu
  • 07 Dekabr 2020 16:39

İndoneziyanın Sosial İşlər naziri Culiari Peter Batubaranın koronavirus pandemiyası səbəbilə xalqa paylanılan yardımları mənimsədiyi ortaya çıxıb.

Gununsesi.org  xəbər verir ki, nazir çamadanlara yığdığı 17 milyard rupia (2,036,600 azn) ilə təslim olub.

İndoneziya Korrupsiya ilə Mübarizə Komissiyası Culiari Peter Batubaranın COVID-19 yardım paketlərini hazırlayan şirkətlərlə gizli şəkildə razılaşdığını müəyyən edib. Bildirilib ki, paylanılan hər qida paketi üçün indoneziyalı nazirin hesabına pul köçürülüb.

Nazir olayın ortaya çıxması nəticəsində polisə təslim olub. Batubaranın 17 milyard rupia ilə yanaşı, lüks avtomobilləri də müsadirə edilib.

Nazirin ömür boyu azadlıqdan məhrum ediləcəyi qeyd edilib.

Gununsesi.org