
Norveç, İrlandiya və İspaniya Fələstini müstəqil dövlət kimi tanıyıb.
Gununsesi.info-nun xəbərinə görə, bununla bağlı qərar mayın 28-dən qüvvəyə minir.
İsrail cavab olaraq İrlandiya və Norveçdəki səfirlərini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib.
Qeyd edək ki, İsrailin Qəzzaya son hücumları yüzlərlə mülki əhalinin ölümünə səbəb olub.
Onlar arasında qadınlar və uşaqlar çoxluq təşkil edir.
Bu hücumlar, həmçinin humanitar böhrana səbəb olub.
İsrail hökuməti bu vəziyyətə görə ABŞ və Avropa İttifaqı ölkələri tərəfindən tənqid edilib.
Gununsesi.info