
Koronavirus heç vaxt məhv edilməyəcək, düşünürəm ki, mövsümi problem kimi qala bilər.
Gununsesi.info xəbər verir ki, bu sözləri İngiltərənin baş həkiminin müavini Conatan Van Tam söyləyib.
Həkimin sözlərinə görə, pandemiyada yayılmış vərdişlər (maska və antiseptiklərin istifadəsi) gələcəkdə də davam edəcək. Van Tam qeyd edib ki, koronavirusa yoluxma riski baxımından ən təhlükəli yerlər zəif havalandırılan və böyük izdihamlı məkanlardır.
Gununsesi.info