Adil İsmayılov son facebook statusunu şəhidlərə həsr etmişdi - Layiq olduqları qiyməti vermək dövlətin və bizim borcumuzdur

  • By admin
  • 03 Dekabr 2020 23:00
Azərbaycanın görkəmli vəkillərindən biri olan Adil İsmayılovun vaxtsız vəfatı cəmiyyətdə böyük sarsıntıya səbəb olub. 
Vəkil olmaqla yanaşı həm də əsl vətəndaş mövqeyi ilə seçilən Adil bəy ölkənin problemlərinə də biganə qalmırdı. Cəmiyyətdə baş verən müxtəlif hadisələrə dair fikirlərinin sosial şəbəkə vasitəsi ilə ifadə edən Adil İsmayılov həm də ciddi fikir adaml kimi sevilirdi.
Gununsesi.info onun facebook hesabındakı son qeydlərini təqdim edir: 
İki gündü facebookun xəbərlər lentində şəhidlərimiz barədə yazılar, şəkillər paylaşılır. Üzlərindən nur tökülən,təbəssüm yağan əksəri gənc olan bu insanların şəkillərinə baxdıqca adamın ürəyi parçalanır. Bəzi paylaşımlar ayrı-ayrı rayonlardan olan şəhidlər barəsində siyahılardır. Allah Vətən uğrunda canından keçən bütün şəhidlərə rəhmət eləsin, ruhları şad olsun. Fikirləşirəm ki, nə qədər ağır və acı olsa da ləngitmədən bütün şəhidlərin adları açıqlanmalıdır, tanınmaq onların haqqıdır. Onları tanıyıb layiq olduqları qiyməti vermək dövlətin və bizim borcumuzdur. Şəhidlərlə yanaşı itkin düşənlərin, yaralıların və müharibə iştirakçılarının adları da ictimailəşdirilməlidir. İndi 90-cı illər olmadığından bunu etmək dövlət qurumları üçün heç bir çətinlik yaratmayacaq. Siz etməsəniz yenə də qeyri-rəsmi, dəqiqləşdirilməmiş məlumatlar onsuz da yayılacaq.
Müharibə iştirakçılarının siyahısının aşıqlanması onların adının əbədiləşdirilməsi üçün ilk adddım olardı.
BİZƏ GƏLİNCƏ canından keçə bilməyənlər, heç olmazsa malından-pulundan keçib Vətən uğrunda canından, sağlamlığından keçənlərə maddi dəstək verməklə onlara olan borcumuzdan azacıq da olsa çıxa bilərdik.
https://www.youtube.com/watch?v=q7Bb8AcHqVo
Gununsesi.info