
Nüvə alimi Möhsün Fəxrizadəyə qarşı təşkil edilən sui-qəsdlə əlaqəsi olan şəxslər tapılıb.
Gununsesi.info xəbər verir ki, bunu İranın hökumət sözçüsü Əli Rəbii açıqlayıb.
“Kəşfiyyat Nazirliyi Fəxrizadə sui-qəsdi ilə bağlı şəxsləri təsbit edib”, – o bildirib.
Sui-qəsdin bütün miqyaslarda analiz edildiyi və istintaqın sona çatması təqdirində lazımi addımlar atacaqlarını qeyd edib.
İran sui-qəsdin arxasında İsrailin olduğunu düşünür.
Gununsesi.info