ABŞ-da ticarət mərkəzində atışma, yaralılar var

  • By admin
  • 22 Noyabr 2020 11:39

ABŞ-ın Viskonsin ştatının Uauvatosa şəhərində yerləşən ticarət mərkəzində atışma olub.

Gununsesi.info  xarici KİV-ə istinadən xəbər verir ki, hadisə günorta saatlarında baş verib.

Rəsmi məlumata görə, 8 nəfər xəsarət alaraq xəstəxanaya çatdırılıb.

Atəş açan şəxsin kimliyi hələlik müəyyənləşdirilməsə də, onun 20-30 yaşında olduğu bildirilir. Onun barəsində axtarış elan olunub.

 

Gununsesi.info