Azərbaycanda prokuror koronavirusdan ölüb

  • By turana
  • 03 Dekabr 2020 21:36

Tərtər rayonunun prokuroru Şıxəli Alməmmədov vəfat edib.

Gununsesi.info bildirir ki, bu barədə “Report” Qarabağ bürosuna istinadn xəbər verib. Bir neçə gün əvvəl onun səhhətində ciddi problem yaranıb. Ş.Alməmmədova COVID-19 diaqnozu qoyulub.

Onun koronavirusdan dünyasını dəyişdiyi bildirilir.

Əldə olunan məlumata görə, Şıxəli Alməmmədov sabah dəfn ediləcək. O, Göygöl rayonunda torpağa tapşırılacaq.

Gununsesi.info