İrəvanda vətəndaşlar Paşinyanın istefası tələbi ilə etirazlar keçirir – VİDEO

  • By arzu
  • 03 Dekabr 2020 11:57

Yerevanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə növbəti yürüş keçirilib.

Gununsesi.org “Qafqazinfo”ya istinadən xəbər verir ki, yürüş “Daşnaksütyun” partiyası tərəfindən təşkil edilib və ona digər siyasi qüvvələr, o cümlədən “Vətən”, “Çiçəklənən Ermənistan” partiyalarının üzvləri də qoşulub. Aksiya zamanı Paşinyan haqqında “xain” şüarları səsləndirilib.

Yürüşdə təxminən 3 min nəfər iştirak edib.

Qeyd edək ki, Ermənistanın 17 müxalifət partiyası Paşinyanın istefasını tələb edir.

 

 

Gununsesi.org