
BMT Baş Assambleyasının Prezidenti: “Xüsusi sessiya BMT-yə üzv ölkələr üçün tarixi andır”
Bu xüsusi sessiya BMT-yə üzv ölkələr üçün tarixi bir andır”.
Gununsesi.info APA-ya istinadən xəbər verir ki, bunu BMT Baş Assambleyasının Prezidenti Volkan Bozkır Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü əsasında keçirilən BMT Baş Assambleyasının COVID-19-la bağlı xüsusi sessiyasında çıxışı zamanı deyib.
Volkan Bozkır bildirib ki, bu, BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə bağlı ilk xüsusi sessiyasıdır. Onun sözlərinə görə, bəşəriyyət pandemiyanın gözlənilməz nəticələri ilə üzləşib:
“Ötən il bizim heç birimiz belə bir halın baş verəcəyini təsəvvür etmirdi. COVID-19 pandemiyası dünyanın hər bir nöqtəsində insanların həyatına ciddi təsir edib, bu pandemiya dünyamıza meydan oxuyub. COVID-19 pandemiyası BMT-nin 75 illik tarixində üzləşmədiyi problemlər yaradıb. COVID-19 ilk olaraq səhiyyə və sağlamlıq böhranıdır. Lakin, eyni zamanda, o, iqtisadi böhrandır, inkişaf böhranıdır, humanitar böhrandır və insan haqları böhranıdır. Biz “Böyük Böhran”dan sonra ilk dəfə böyük tənəzüllə üzləşmişik. İnsanların gəlirlərdən gözlənilməz azalmalar olub.