ABŞ İranla gərginliyə görə diplomatlarının yarısını İraqdan çıxarır

  • By arzu
  • 03 Dekabr 2020 11:43

Birləşmiş Ştatlar İranla münasibətlərdə gərginliyin artması ilə əlaqədar diplomatlarının yarısını İraq ərazisindən çıxarır.

Gununsesi.org-un məlumatına görə, bu barədə Politico” qəzetinin elektron versiyası bildirib.

Mətbu orqanın məlumatına görə, ABŞ-ın Bağdad və digər şəhərlərdəki diplomat missiyaların əməkdaşları müvəqqəti olaraq bu ölkəni tərk edir. Onların qayıdışının müddəti açıqlanmır.

Qeyd edilir ki, ABŞ-ın İraqdakı səfiri Metyu Tuller bu ölkəni tərk etməyəcək.

Gununsesi.org