Türkiyənin 31 şəhərinə giriş-çıxış yenidən 15 gün qadağan edildi

Türkiyənin 31 şəhərinə giriş-çıxış yenidən 15 gün qadağan edildi

Türkiyənin 30 vilayətinə və Zonquldak şəhərinə giriş-çıxış qadağası daha 15 gün uzadılıb.

Gununsesi.org “Hürriyet”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin yeni qərarında deyilir.

Bu gecədən etibarən yenidən Ankara, Adana, Antalya, Aydın, Balıkesir, Bursa, Denizli, Diyarbakır, Erzurum, Eskişehir, Gaziantep, Hatay, İstanbul, İzmir, Kahramanmaraş, Kayseri, Kocaeli, Konya, Malatya, Manisa, Mardin, Mersin, Muğla, Ordu, Sakarya, Samsun, Şanlıurfa, Tekirdağ, Trabzon, Van və Zonquldaka quru, hava və dəniz yolu ilə giriş-çıxış qadağan olunur.

Qadağaya əməl etməyənlər hüquqi müstəvidə cəzalandırılacaqlar.

 

 

Gununsesi.org

COMMENTS