Səudiyyə Ərəbistanında son sutka ərzində koronavirusa yoluxanların sayı rekord sayda yüksəlib.
Gununsesi.org “Regnum.ru”ya istinadən bildirir ki, bunu Krallığın Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Məhəmməd əl-Abdel Əli deyib.
Onun sözlərinə görə, son sutka ərzində koronavirusa yoluxanların sayı 1 132 nəfər artıb. Bununla da, virusa yoluxanlarn ümumi sayı 8,2 mini ötüb.
Daha 5 nəfər koronavirusun qurbanı olub. Onlardan biri yerli sakin, digər dördü isə əcnəbidir. Virusdan ölənlərin ümumi sayı 92-yə çatıb.
Gununsesi.org
COMMENTS