ABŞ-da koronavirusa yoluxanların sayı, təxminən, 34 min nəfər artaraq 735 mini ötüb, 39 minə yaxın insan vəfat edib.
Gununsesi.org “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.
Bildirilir ki, ABŞ-da koronavirusa yoluxanların ümumi sayı 735 086 təşkil edir. Ölüm hallarının sayı son sukta ərzində 1 800-dən çox olub və 38 910-a yüksəlib.
Daha öncəki sutka ərzində isə 3 857 ölüm, 31 905 yoluxma halı qeydə alınıb.
Gununsesi.org
COMMENTS