Trampın iqamətgahının yaxınlığında şübhəli iranlı saxlanıldı

Trampın iqamətgahının yaxınlığında şübhəli iranlı saxlanıldı

ABŞ Prezidenti Donald Trampın Floridada yerləşən iqamətgahı yaxınlığında əlində bıçaq və külüng olan İran vətəndaşı Məsud Ereyzoleh saxlanılıb. 

Gununsesi.org xəbər verir ki, bu barədə “Washington Examiner” portalı Palm- Biç Polis idarəsinin məmuru Maykl Ogrodnikə istinadən məlumat yayıb.

Yoxlama zamanı onun üzərində 22 min dollar və İran vətəndaşı olduğunu təsdiq edən pasport olub. Bundan əlavə, Ereyzolehin qanunsuz şəkildə ABŞ-da olduğu dəqiqləşdirilib.

Polis hazırda tutulan şəxsin məqsədini müəyyənləşdirmək üçün araşdırma aparır.

Hadisə baş verən zaman ABŞ Prezidenti Vaşinqtonda, Ağ Evdə olub.

Gununsesi.org

COMMENTS