Daxili İşlər orqanlarında kadr dəyişikliyi baş tutub.
Gununsesi.org-un məlumatına görə, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.
Əmrə əsasən, polis mayoru Xanlar Məmmədov Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət axtarışlar İdarəsinə rəis müavini təyin edilib.
O, bundan əvvəl əməliyyat sahəsində çalışıb.
Məlumatı DİN-dən oxu.az-a təsdiq ediblər.
COMMENTS